Misli Premyer Liqasının XXXI turunun "Sumqayıt" – "Araz-Naxçıvan" oyunundan (2:1) sonra meydan sahibi komandanın məşqçisi Veliçko Kaplanoviç jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

 

– Futbolçulara təşəkkür edirəm, yaxşı nəticə qazandıq. Birinci hissədəki oyunumuzdan razı qaldım. Amma fasilədən sonra rəqib üstünlüyü ələ aldı və fərdi səhvimizdən yararlandılar. Qoldan sonra temp aşağı düşdü. Şadam ki, xarakter göstərib, istədiyimiz nəticəni əldə etdik. "Barselona" kimi oynamasaq da, yaxşı qələbə oldu. Bu gün bəzi gənc futbolçulara da şans verdik.

 

– Fasilədən sonra üstünlüyün rəqibə keçməsi nə ilə bağlı idi? 


– "Araz-Naxçıvan" keyfiyyətli komandadır. Fərdi olaraq yaxşı oyunçulara sahibdirlər. Ən böyük problem o idi ki, tez-tez ötürmə səhvlərinə yol verdik. Buna görə üstünlük onlara keçirdi.