Misli Premyer Liqasının XXXI turunun "Sumqayıt" – "Araz-Naxçıvan" oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko fikirlərini bölüşdü: Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları bildirdi:


– Bu gün oyunumuz alınırdı. Yaxşı imkanlarımız oldu, amma istifadə edə bilmədik. Məğlubiyyətdə özümüz günahkarıq. Rəqib sadə səhvlərimizdən yararlandı. Fasilədən sonra qol vurduq, irəli atıldıq. Oyunu idarə edən tərəf biz idik. Amma sonra avtoqolla məğlub olduq. Meydanda qələbə üçün "ölməlisən". Bütün gücünü ortaya qoymalısan. İşin yarısı elə budur. Hamı bacardığını etməlidir. Bəzi futbolçular qələbəni kifayət qədər istəmirdi. Qalib olmaq üçün 100, 150 faizini meydanda qoymalısan. Kimsə axsayırsa, bütün komanda əziyyət çəkir.