Əvəzedicilər Liqasında XXV turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün "Kəpəz-2" "Şamaxı-2"ni qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Bu qalibiyyətdən sonra xallarının sayını 19-a çatdıran "Kəpəz-2" "Şamaxı-2"ni geridə qoyaraq 8-ci pilləyə yüksəlib. Aktivində 17 xalı olan qonaqlar isə 9-cu sıraya enib.
Əvəzedicilər Liqası
25-ci tur
9 may
"Kəpəz-2" – "Şamaxı-2" 3:2
Qollar: 14. S.Şamilov, 54. Ş.İsmayılov, 90+4 E.Bayramov (p) – 61. S.Alıyev, 88. İ.İsmayılzadə
Qırmızı vərəqə: 90+3. H.Vəliyev