Niderland birinci divizionunda 25-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" səfərdə "NAK Breda" ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 2:2.
Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Eyndhoven" hazırda 32 xalla 13-cü pillədə qərarlaşıb.