Müdafiəçi Nikolas Otamendi Argentina millisində çıxışını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

 

Otamendi 2009-cu ildə Argentina millisində debüt edib. O, millinin heyətində meydana çıxdığı 139 oyunda 8 qol vurub. Onun yığmada son oyunu DÇ-2026-nın finalında İspaniyaya qarşı olub (0-1).

 

Qeyd edək ki, 38 yaşlı müdafiəçi  Argentina ilə 2022-ci il dünya çempionatının qalibi olub. O, həmçinin "albiceleste" ilə iki dəfə Amerika Kubokunu başı üzrəinə qaldırıb.