"Mançester Yunayted" heyətini Fransa millisinin yarımmüdafiəçisi Orelyen Tçuameni ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, "Real Madrid" 26 yaşlı futbolçunu təxminən 68 milyon funt sterlinq qarşılığında satmağa hazırdır. Madrid təmsilçisi bu transferdən əldə olunacaq vəsaiti "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin transferinə yönəltməyi planlaşdırır.

Bildirilir ki, "qırmızı şeytanlar" artıq Tçuameni ilə bağlı ilkin maraq göstərib. Komandanın baş məşqçisi Maykl Kerrik mərkəz xəttini gücləndirmək istəyir və fransız futbolçunu əsas namizədlərdən biri hesab edir.

Qeyd edək ki, Tçuameni 2022-ci ildə "Monako"dan "Real Madrid"ə transfer olunub. Onun İspaniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.