"İnter" "Tottenhem"in müdafiəçisi Kristian Romeronun nümayəndələri ilə danışıqlar aparıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial medai hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "nerazzurri" "Tottenhem"lə də danışıqları davam etdirir. Danışıqlar çətin getsə də, Milan klubu uğur qazanacağına əmindir.

 

28 yaşlı argentinalı futbolçunun "Tottenhem"lə müqaviləsi 2029-cu ilə qədərdir. Fevral ayında müdafiəçi London klubundan ayrılmaq istədiyini bildirib. düşünürdü. 

 

Qeyd edək ki, son mövsümdə Romero bütün turnirlərdə 32 oyun keçirib, 6 qol və 4 məhsuldar ötürmə edib. Müdafiəçi diz zədəsi səbəbindən mövsümünün sonunu buraxıb. O, DÇ-2026-da Argentina millisinin heyətində 7 oyun keçirib və finala yüksəlib.