UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ın Bakıda Bolqarıstanın ÇSKA klubu ilə qolsuz heç-heçə etməsi ölkə reytinqinə cəmi 0,125 xal qazandırıb. Sport24.az xəbər verir ki, dünən baş tutan oyunlardan sonra Azərbaycan 20,437 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb.

 

25-ci yerdəki İsrailin 21,500 əmsalı var.

 

Qeyd edək ki, UEFA reytinqinin zirvəsində 101,852 əmsalla İngiltərə qərarlaşıb.