İtaliyanın "Napoli" klubu "Boka Xuniors"un cinah hücumçusu Esekiel Sebalyosun transferini gündəmdə saxlayır. Sport24.az xəbər verir ki, bu barədə klubun idman direktoru Covanni Manna açıqlama verib.

O bildirib ki, tərəflər futbolçunun şəxsi müqavilə şərtləri ilə bağlı şifahi razılıq əldə ediblər. Lakin transferin baş tutması "Boka Xuniors"un mövqeyindən asılıdır.

"Sebalyos bəyəndiyim futbolçulardandır. O, zədə səbəbindən inkişaf yolunda müəyyən çətinliklərlə üzləşdi. Əgər bizi gözləsələr, onu transfer edəcəyik. Əks halda, bu da problem deyil. Hazırda bu məsələdə irəliləyiş yoxdur", – deyə Manna bildirib.

Qeyd edək ki, 23 yaşlı argentinalı vinger uzun müddətdir "Napoli"nin transfer siyahısında yer alır.