Bu gün Peşəkar Futbol Liqasında (PFL) prezident seçkiləri keçirilib. Sport24.az xəbər verir ki, "Holiday Inn Baku" hotelində təşkil olunan tədbirdə qurumun hesabatı dinlənilib, icra orqanının seçilməsi və digər məsələlər müzakirə olunub.

 

Yığıncaqda Azərbaycan Premyer Liqası, Birinci Liqa və İkinci Liqa klublarının nümayəndələri iştirak ediblər. Görüş zamanı klubların təklif və fikirləri də nəzərdən keçirilib.

 

Yeganə namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti müddətə qurumun prezidenti seçilib.

 

Qeyd edək ki, Elxan Səmədov ilk dəfə 2022-ci ildə Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə seçilib.