Gəncədə bıçaqlanaraq ağır xəsarət alan Veysəl Rzayev uzun müddət futbola qayıda bilməyəcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, futbolçunun müalicə və bərpa prosesi davam edir.

 

Həkimlər onun sağlamlıq durumunu nəzərə alaraq ən azı yanvar ayına qədər məşqlərə və rəsmi oyunlara qatılmasına icazə verməyiblər.

Bu səbəbdən Rzayev yeni mövsümün ilk yarısını buraxacaq. Futbolçunun tam hazır vəziyyətə gəlməsindən sonra meydanlara qayıdışı ilə bağlı yenidən tibbi qiymətləndirmə aparılacaq.

Qeyd edək ki, Veysəl Rzayev bu ilin fevralında Gəncədə baş verən bıçaqlanma hadisəsi zamanı ağır xəsarətlər almışdı.