"Santos"un braziliyalı hücumçusu Neymar Braziliya çempionatının 4-cü turunun oyunu zamanı "Vasko da Qama"nın yarımmüdafiəçisi (2:1), həmyerlisi Tiaqo Mendeslə münaqişəsi barədə danışıb. Sport24.az xəbər verir ki, ulduz futbolçu bu barədə "X" sosial media hesabında paylaşım edib:

 

"O, həmişə münaqişə yaratmağa çalışır. O, artıq PSJ-də məni bir dəfə sındırmışdı və bu gün də bunu edəcəyinə söz vermişdi".

 

Qeyd edək ki, Neymar "Vasko da Qama" ilə matçda iki qol vurub. Ulduz futbolçu 2025-ci ildən "Santos"un formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin dekabrına qədərdir.