"Anje" "Braqa"nın hücumçusu Amin El Ouazzanini icarəyə götürüb. Sport24.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, forvard 2027-ci ilin yayına qədər komandanın formasını geyinəcək.
25 yaşlı mərakeşli futbolçu 2024-cü ildən "Braqa"da çıxış edir. Onun Portuqaliya klubu ilə müqaviləsi 2029-cu ilin yayında başa çatır.
Qeyd edək ki, El Quazzani 2025/26 mövsümündə meydana çıxdığı 24 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 2,5 milyon avro qiymətləndirir.