"İmişli" futbol klubu yay təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi "Qarabağ"ın əvəzedici komandası ilə qarşılaşıb.
Görüş "İmişli"nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"İmişli" növbəti yoxlama oyununu iyulun 24-də, Bakı Olimpiya Stadionunda "Araz-Naxçıvan"a qarşı keçirəcək.