Ukraynanın "Şaxtyor" klubu "Qremio"nun gənc futbolçusu Qabriel Meki transfer etməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər arasında aparılan danışıqlar müsbət məcrada davam edir. Donetsk təmsilçisi UEFA Çempionlar Liqası öncəsi heyətini gücləndirmək üçün iddialı transfer hədəfləri üzərində çalışır. 18 yaşlı futbolçu da klubun əsas transfer namizədlərindən biri hesab olunur.

Qeyd edək ki, Qabriel Mek "Qremio" yetirməsidir. O ötən mövsüm Braziliya klubunda 29 rəsmi matçda 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.