Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç "Milan"la bu yay başa çatan müqaviləsini 2026/2027 mövsümünün sonuna qədər uzadıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, futbolçu özü İtaliya klubunda qalacağını və karyerasını başa vurmaq niyyətində olmadığını təsdiqləyib.
Bir müddət əvvəl mətbuatda 40 yaşlı futbolçunun DÇ-2026-dan sonra karyerasını başa vura biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Qeyd edək ki, Modriç 2025-ci ilin yayından "Milan"ın formasını geyinir. Bu müddət ərzində o, bütün turnirlərdə 37 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.