"Qalatasaray" "Real"da çıxış edən Brahim Diası transfer etmək istəyir Sport24.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb.
Türkiyə çempionu mərakeşli vinger üçün La Liqa nəhənginə 15 milyon avroluq təklif göndərib. "Kral klubu" isə 1 illik müqaviləsi qalan 26 yaşlı futbolçuya 25 milyon avro qiymət qoyub. Klublar arasında müzakirələr davam edir.
Qeyd edək ki, "Real" Brahim Diası 2019-cü ilin yanvarında "Mançester Siti"dən 17 milyon avroya transfer edib. Mərakeş millisinin üzvü 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.