Argentina millisinin üzvü Kristian Romero "Tottenhem"dən ayrılacaq. Sport24.az xəbər verir ki, müdafiəçi artıq qərarı ilə bağlı klub rəhbərliyini məlumatlandırıb.

 

Bu barədə İngiltərə mətbuatı xəbər yayıb.

 

Romeronun adı "İnter" və "Barselona" ilə hallanır.

 

Müdafiəçi Argentina millisi ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. "Tanqoçular" bu il keçirilən mundialda isə gümüş medalla kifayətlənib.