Argentinalı futbolçu Alexandro Qarnaço "Çelsi"dən ayrılmağa hazırlaşır. Sport24.az xəbər verir ki, cinah oyunçusu "Aston Villa" ilə şəxsi razılığa gəlib.

 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Klublar arasında danışıqlar davam edir.

 

Qarnaço 2025-ci ildən London klubunda çıxış edir. O, ötən mövsüm 39 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun "transfermarkt"da dəyəri 28 milyon avrodur.