Kolumbiyalı futbolçu Xames Rodriqes "Minnesota"dan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xames bu ilin fevralından "Minnesota"da çıxış edirdi.
Yarımmüdafiəçi daha əvvəl "Real", "Bavariya" kimi klublarda da forma geyinib.