"Mançester Yunayted"lə müqaviləsi başa çatan Kazemironun yeni klubu məlum olub. Sport24.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını MLS-də davam etdirəcək.


Kazemiro "İnter Mayami" ilə anlaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

34 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Kazemiro 2025/26 mövsümündə "Mançester Yunayted"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.