Futzal üzrə Azərbaycan yığmasının DÇ-2028-in əsas mərhələsindəki oyun cədvəli müəyyənləşib. Sport24.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 12-ci qrupda yer alan yığmamız mübarizəyə oktyabrın 16-da Çexiya ilə səfər matçı ilə başlayacaq. Millimiz son qarşılaşmasını da elə məhz rəqib meydanında keçirəcək.

 

Oyunların cədvəli aşağıdakı kimidir:

 

16 oktyabr

Çexiya – Azərbaycan

5 noyabr

Azərbaycan – Çexiya

8 noyabr

Azərbaycan – Latviya

27 fevral

Latviya – Azərbaycan