Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" – "KuPS" oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Miika Nuutinen jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

 

– İlk növbədə rəqibi təbrik edirəm. Lakin oyun iki mərhələdən ibarətdir. "Sabah"ın keyfiyyətləri futbolçuları var və çoxlu qol imkanları yaratdılar. Lakin hələ heç nə bitməyib. Şanslarımız davam edir. Bir həftə sonra baş tutacaq cavab matçında yüksək səviyyədə oynamalıyıq ki, nəyəsə ümid edək.

 

– Bəxtinizin gətirdinizi düşünürsünüz? Hesab daha böyük ola bilərdi…


– Bəli, yaxşı imkanları oldular. Lakin bugünkü nəticədən sonra hələ oyunda qalmışıq.

 

– 0:1 sizin üçün sərfəli nəticədir?

– Vaxtı aparmırdıq. Bu hesab bizim üçün münasibdir. Minimal fərq olsun deyə vaxt aparmaq fikrimiz yox idi.

 

– Bu gün qapıya bir zərbə endirdiniz, ancaq mərhələ adlamaq üçün cavab görüşündə iki qol vurmalısınız. Heyətdə ciddi dəyişikliklər olacaq?


– Oyunu təhlil edəcəyik. Cavab matçında qol vurmağın yollarını axtaracağıq.

– Bugünkü hava oyununuza necə təsir göstərdi?


– Finlandiyada hava şəraiti fərqli olacaq. Eyni zamanda meydança da süni örtüklüdür. Bu iki faktor üstünlüyümüz ola bilər.