Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək.Sport24.az xəbər verir ki, son ölkə çempionu "Sabah" öz meydanında Finlandiya çempionu "KuPS"u qəbul edəcək.
Masazır stadionunda baş tutan görüşdə ədaləti Polşadan olan hakimlər briqadası qoruyacaq.
Tərəflər arasında cavab oyunu bir həftə sonra Finlandiyada keçiriləcək.
Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
20:00. "Sabah" (Azərbaycan) - "KuPS" (Finlandiya) 1:0
Qol: V. Simiç, 45+1.
Baş hakim: Lukaş Kujma (Polşa)
Masazır stadionu.
"Sabah": 92 Stas Pokatilov (k), 3.Stiv Solvet, 27 Timoteuş Puhaç, 5 Rəhman Daşdəmirov, 80 Akim Zedadka, 13 İvan Lepiniça, 7 Umarali Raxmonaliyev, 10 Aleksey İsayev, 19 11.Kahim Parris, 20 Coy Lens Mikels, 21 Velko Simiç.
Ehtiyat oyunçular: 1 Ramazanov, 94 Mirzəmmədov, 4 Makkarti, 6 Xaibulayev, 16 Rüstəmli, 17 Mütəllimov, 23 Laçab, 33.Almeyda, 34 Severina, 88 Rodriqo Fernandeş, 89 Muxtarov, 99 Mbina.
"KuPS":Kreydi, Antvi, Nuhu, Maqassa, Puukko, Pennaen, Kask, Armah, Enqvall, Juru, Parzşek
Ehtiyat oyunçular: Rihimaki, Silen, Hayskanen, Savolaynen, Moreno, Kujasalo, Haynonen, Luyeye-Lutumba, Touray, Lötjönen, Rikaro Arauxo, Hamalaynen