"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri yayda klubunu dəyişməkdə qərarlıdır. Sport24.az xəbər verirki, ispaniyalı futbolçu "Real"a qoşulmaq istəyir.

 

Bu barədə jurnalist Ramon Alvares de Mon məlumat yayıb.

 

​Rodri mövcud müqaviləsinin uzadılması ilə bağlı "Mançester Siti"nin bir neçə təklifini artıq rədd edib. Onunəsas məqsədi Madriddə məskunlaşmaqdır. 30 yaşlı dayaq yarımmüdafiəçisi "Real"a keçidin yay transfer pəncərəsi dövründə reallığa çevrilməsi istiqamətində işləri davam etdirir.

 

​Hələlik klublar arasında rəsmi danışıqlar təsdiqlənməyib. Lakin futbolçunun öz istəyi əsas faktor ola bilər.

 

Qeyd edək ki, Rodri ötən mövsüm "Mançester Siti"nin heyətində 33 matç keçirib və 2 qol vurub.