FIFA dünya çempionatının final oyunundan sonra baş verən insidentlərlə bağlı rəsmi araşdırma başladılması barədə qərar verib. Sport24.az xəbər verir ki, Argentina və İspaniya milli komandalarının futbolçuları arasında final fitindən dərhal sonra yaşanan gərgin qarşıdurma ali futbol qurumu tərəfindən nəzarətə götürülüb.
Məlumata görə, münaqişə zamanı Argentina millisinin müdafiəçisi Nahuel Molina İspaniya yığmasının futbolçuları Rodri və Qaviyə zərbə endirməkdə şübhəli bilinir. Bundan başqa, Leandro Paredes və Erik Qarsiya arasında da gərgin anlar yaşanıb.
Bildirilir ki, FIFA hadisənin bütün detallarını araşdırdıqdan sonra insidentdə iştirak edən futbolçular barədə görüləcək tədbirlə bağlı yekun qərar verəcək.