"Benfika" "Qalatasaray"a keçəcəyi iddia edilən Con Duranla anlaşıb. Sport24.az xəbər verir ki, Kolumbiya millisinin forvardı "Əl-Nəsr"dən klubundan satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

 

22 yaşlı forvard ötən mövsümün ilk yarısını icarə əsasında "Fənərbaxça"da keçirmişdi.

 

Qış fasiləsində isə kolumbiyalı "Zenit"lə anlaşmışdı. "Əl-Nəsr"ə məxsus olan Duran "Benfika" forması ilə ictimaiyyətə artıq təqdim olunub.

 

22 yaşlı hücumçu "Aston Villa", "Enviqado", "Çikaqo Fayr" klublarında oynayıb.