"Neftçi"nin futbolçusu Ryonosuke Ohorinin yeni klubu müəyyənləşib. Sport24.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi karyerasını Serbiyada davam etdirəcək.

Yaponiyalı oyunçu bu ölkənin "Radnik" klubu ilə anlaşıb. Onunla 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Ryonosuke Ohori ötən mövsüm icarə əsasında "Kəpəz"də çıxış edib.