Argentina millisinin yarımmüdafiəçisi Enso Fernandes dünya çempionatının finalında İspaniyaya məğlubiyyətdən və qırmızı vərəqə almasından sonra azarkeşlərə müraciət edib. Sport24.az xəbər verir ki, "Çelsi"nin futbolçusu sosial şəbəkə hesabında komandanın turnirdə göstərdiyi mübarizəni yüksək qiymətləndirib.

"Zaman keçdikcə anlayırsan ki, nəticədən daha böyük dəyərlər var. Bu komanda illərdir Argentinanı ən yaxşı şəkildə təmsil edir. Rəqabət yalnız qalib gəlmək deyil, komanda və forma üçün sonadək mübarizə aparmaq, heç vaxt təslim olmamaq deməkdir", – deyə Fernandes bildirib.

26 yaşlı yarımmüdafiəçi Argentina azarkeşlərinə də təşəkkür edib:

"Hər oyunda yanımızda olduğunuz, bizə göstərdiyiniz sevgi və qeyd-şərtsiz dəstəyə görə minnətdaram. Dünyanın harasında olsaq da, özümüzü evimizdə hiss etdirdiniz. Ölkəmin formasını geyinmək karyeramın ən böyük şərəfidir və bu formanı hər dəfə müdafiə edərkən əlimdən gələnin ən yaxşısını etməyə davam edəcəyəm".