"Mançester Yunayted" "Roma"nın yarımmüdafiəçisi Manu Kone ilə ciddi şəkildə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "L'Equpie" məlumat yayıb.

Tərəflər arasında ilkin təmaslar baş tutsa da, hələlik rəsmi danışıqlar mərhələsinə keçilməyib. "Qırmızı şeytanlar" yay "transfer pəncərəsi"ndə tələsmək niyyətində deyil və heyətə cəlb olunacaq futbolçularla bağlı qərar verməyə tələsmir.

Konenin xidmətində "Arsenal", "İnter" və adları açıqlanmayan daha iki Premyer Liqa klubu da maraqlıdır. Lakin hazırda "Mançester Yunayted"in transfer yarışında önə keçdiyi bildirilir.

2029-cu ilin yayına qədər "Roma" ilə müqaviləsi olan fransalı futbolçu karyerasını daha iddialı klubda davam etdirmək istəyir. İngiltərə Premyer Liqasında çıxış etmək isə onun əsas hədəflərindən biri hesab olunur.