Moldova millisinin baş məşqçisi Roberto Bordin istefaya göndərilib.Sport24.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis şəxsi "İnstagram" səhifəsində paylaşım edib: "Bu gün Moldova yığmasının baş məşqçisi kimi fəaliyyətim başa çatır. Mənə yeni idman və həyat təcrübələrini inkişaf etdirməyə imkan verən məhsuldar il oldu. Federasiyaya, onun prezidentinə və ətrafımda olan hər kəsə təşəkkür etmək istəyirəm. Moldovaya futbolun inkişafı üçün bütün strukturların və resursların böyüməsini və inkişafını arzulayıram".

56 yaşlı italiyalı mütəxəssis bu ilin fevralında Moldova millisinə rəhbərlik etməyə başlayıb. Onun vaxtında 2022-ci il dünya çempionatının seçmə mərhələsində yığma 1 xal toplayaraq qrupda sonuncu yerdə qərarlaşıb.

Xatırladaq ki, Bordin 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək "Neftçi"nin baş məşqçisi olub.