Ukrayna Premyer Liqasında mövsümün sonuncu - 30-cu turunun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Rux”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

“Aleksandriya” mövsümü 44 xalla 16 iştirakçı arasında 6-cı pillədə başa vurub. Mustafayev isə mövsüm ərzində 19 oyuna çıxıb, 2 qol və 4 assistlə yadda qalıb.