"Fənərbağça"nın futbolçusu Joze Mourinyo açıqlama verib. Sport24.az xəbər verir ki, "Sky Sports"a danışan mütəxəssis komandadakı taleyi haqda fikirlərini bölüşüb:
"İngiltərədə böyük komandalarda işləmişəm. Bir çox şəhərdə yaşadım, amma ailəm Londonda qalır. Bir gün dönməyi düşünürəm. Amma düzgün başa düşün. Bu və növbəti mövsüm "Fənərbağça"da qalacam".
Mourinyo mövsümün əvvəlində "Fənərbağça"ya baş məşqçi təyin edilib. İstanbul təmsilçisi Super Liqada 20 xalla 3-cü sıradadır.