"Milan" mərkəz yarımmüdafiəçisi Kevin Zeroli ilə müqavilənin müddəti uzadıb. Sport24.az klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə 2028-ci il iyunun 30-dək yeni müqavilə imzalanıb.

 

Zeroli 2010-cu ildən "Milan"ın sistemindədir. O, klubun U-19 komandasının kapitanıdır.

 

Qeyd edək ki, gənc futbolçu əsas komandanın heyətində 3 matçda cəmi 27 dəqiqə meydanda olub.