Türkiyə Futbol Federasiyası II Liqada keçirilən "Ankaraspor" - "Nazilli Bələdiyəspor" matçı ilə bağlı araşdırmaya başlayıb. Sport24.az "Anadolu"ya istinadən xəbər verir ki, qarşılaşmanın danışılmış oyun olmaq ehtimalı olduğu üçün bu addım atılıb.

 

Görüşdə qapılara zərbə vurulmayıb və bu səbəbdən matç qolsuz başa çatıb. "Ankaraspor" I Liqada iştirak üçün pley-offa vəsiqə qazanıb, qonaqlar isə çempionatda yerini təmin edib. Bu nəticədən sonra "Zonquldak Kömürspor" aşağı liqaya yuvarlanıb.