Futbol üzrə Özbəkistan yığması Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Sport24.az xəbər verir ki, komanda bu uğura 23 yaşadək futbolçular arasında keçirilən Asiya kubokunda nail olub.

Reqlamentə görə, turnirdə ilk 3 yeri tutan yığmalar Olimpiadaya vəsiqə qazanacaqlar. Yarımfinalda İndoneziyaya 2:0 hesabı ilə qalib gələn Özbəkistan finala yüksəlməklə Oyunlara lisenziya əldə edib.

Qeyd edək ki, özbəklər mayın 5-də Asiya kubokunun finalında Yaponiya – İraq cütünün qalibi ilə qarşılaşacaqlar.