Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, onun komandası səfərdə "ÇSKA 1984"lə qarşılaşıb. 

 

Matç 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, Karcali klubu 40 xalla 9-cu pillədə qərarlaşıb.