"Torino" baş məşqçisini dəyişəcək.

Sport24.az xəbər verir ki, A Seriyası klubu İvan Yuriçlə yolları ayırmağı qərara alıb.

Turinlilər komandaya yeni nəfəs gətirmək niyyətindədir. Bu səbəbdən təcrübəli çalışdırıcı ilə müzakirələrdən sonra vidalaşmaq barədə ortaq qərar verilib. Mövsüm bitən kimi "Torino" yeni məşqçi ilə anlaşacaq.

2021-ci ildən bu vəzifəni tutan Yuriçin müqaviləsi bu yay başa çatır. 48 yaşlı mütəxəssis komandanın hədəflərinin böyüməsi, maliyyə şərtlərinin yaxşılaşdırılması ilə bağlı rəhbərliklə razılığa gələ bilməyib.

Xatırladaq ki, Yuriç 10 ildir məşqçi işləyir. O daim A Seriyası komandalarında iş başında olub.