Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində "Qarabağ" - "Neftçi" qarşılaşmasının məkanı dəyişdirilib.

Sport24.az xəbər verir ki, buna Tofiq Bəhramov adına Respublika Stadionunda təşkilati işlər səbəb olub.

Qarşılaşma "Azersun Arena"da baş tutacaq. Oyunun başlama saatı və tarixi ilə bağlı hər hansı dəyişiklik edilməyib.

Qeyd edək ki, görüş mayın 4-də saat 19:30-da start götürəcək.