"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix hazırda Avropanın ən yaxşı iki futbolçusunun adını açıqlayıb. Sport24.az "Diario AS"-a istinadən xəbər verir ki, almaniyalı futbolçu, Kilian Mbappe (PSJ) və Vinisius Juniorun ("Real") Avropanın ən yaxşı iki oyunçusu olduğunu bildirib:

 

"Kilian Mbappe və Vinisius Junior hazırda Avropa futbolunun ən yaxşı iki oyunçusudur. Vinisius kimi oyunçuya qarşı oynamaq imkanı əldə etdiyim üçün çox şadam".

 

Qeyd edək ki, "Bavariya"aprelin 30-da Çempionlar Liqasının yarımfinalında "Real"la qarşılaşacaq.