"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib. Sport24.az xəbər verir ki, 33 yaşlı forvard buna evdə "Bonrmut"a qalib gəldikləri (4:2) I turun oyununda fərqlənməklə nail olub.

 

Misirli futbolçu çempionatda 187-ci qolunu vuraraq bu göstəricidə Endi Kola çatıb.

 

Qeyd edək ki, mütləq rekord Alan Şirerə məxsusdur - 260 qol. Harri Keyn (213) ikinci, Ueyn Runi (208) üçüncü pillədə qərarlaşıb.