Portuqaliya millisinin bir çox oyunçusu baş məşqçi Roberto Martinesin işindən narazı idi. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" qəzetinin jurnalisti Romain Molina məlumat yayıb.
Mənbənin sözlərinə görə, bəzi oyunçular ispan baş məşqçinin Kriştiano Ronaldonun vasitəsi ilə "Əl-Nəsr"lə müqavilə bağlamağa çalışdığını düşünürdülər.
Qeyd edək ki, 1/8 final mərhələsində İspaniyaya (0:1) məğlubiyyətdən sonra Martines Portuqaliya millisinin baş məşqçisi postundan ayrılıb. "Əl-Nəsr" isə Anje Postekoqlunu "sükan arxasına" dəvət edib.