Bu gün Azərbaycan klubları üçün avrokubok həyacanı başlayır. Sport24.az xəbər verir ki, ilk olaraq meydana "Sabah" çıxacaq.

 

"Bayquşlar" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin "TNS" (The New Saints) komandası ilə qarşılaşır.

 

Oyun Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

 

Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması iyulun 14-də Uelsdə baş tutacaq.

 

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

20:00. "Sabah" - TNS (Uels)

Hakimlər: Patrik Qriskieviç, Marcin Boniek, Bartoz Kasunski, Voyçex Mus (hamısı Polşa).

Masazır. "Bank Respublika Arena".