"Zirə"nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsində rəqibi olan Gürcüstanın "Torpedo" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Kutaisi təmsilçisi cinah yarımmüdafiəçisi Mateo Stamatovu transfer edib.
Bolqarıstanlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
"Torpedo" ilə "Zirə" arasındakı ilk oyun iyulun 8-də Sumqayıtda olacaq. Cavab görüşü isə 16-da Kutaisidə baş tutacaq.