UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Zirə" – "Torpedo" (Gürcüstan) oyunu öncəsi baş tutacaq mətbuat konfranslarının və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib. Sport24.az xəbər verir ki, hər iki tədbir oyundan bir gün öncə baş tutacaq.

 

Əvvəlcə "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov media önünə çıxacaq. Onun mətbuat konfransı 15:30-da təşkil olunacaq.

 

Daha sonra – 17:30-da "Torpedo"nun çalışdırıcısı Dirk Şuster jurnalistlərin suallarını cavablandıracaq.

 

İyulun 8-də keçiriləcək "Zirə" – "Torpedo" oyununa saat 20:00-da start veriləcək.