Almaniya millisinin və "Ştutqart"ın futbolçusu Anqelo Ştiller karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Spprt24.az "BİLD" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl" yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Mənbənin sözlərinə görə, "sağsağanlar" 24 yaşlı futbolçu üçün "Ştutqart"a rəsmi təklif göndərməsi gözlənilir.

Qeyd edək ki, Anqelo Ştiller 2025/2026 mövsümündə "Ştutqart"ın heyətində 52 rəsmi matçda 2 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.