UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Torpedo" (Gürcüstan) oyununun biletləri iyulun 7-də, saat 12:00-da satışa çıxarılacaq. Sport24.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisi məlumat verib.

 

Bildirilib ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20, və 50 manat təşkil edir.

 

Azarkeşlər biletləri "Zirə İdman Kompleksi"ndə və "Azfar"ın "Baku Arena" filialında əldə edə bilərlər.

 

Qeyd edək ki, "Zirə" - "Torpedo" oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.