Almaniyalı mütəxəssis Yurgen Klopp FIFA-nın ABŞ millisinin hücumçusu Florian Baloqunla bağlı qəbul etdiyi mübahisəli qərara kəskin reaksiya verib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis FIFA prezidenti Canni İnfantino və ABŞ prezidenti Donald Trampın bu məsələdə rolunun olması ilə bağlı yayılan iddiaları sərt şəkildə tənqid edib:

"Əgər Donald Tramp və Canni İnfantino bunu həqiqətən öz aralarında həll ediblərsə, bu, dəhşətdir. Bu, hər şeyi şübhə altına salır. Futbol haqqında heç nə bilməyən bu iki şəxsin belə məsələlərə qarışmaması lazımdır. Bu bizim idmandır, onların yox", – deyə Klopp bildirib.

Təcrübəli çalışdırıcı qeyd edib ki, belə qərarlar 2026-cı il dünya çempionatının nüfuzuna ciddi zərbə vurur:

"Bu, dünya çempionatına böyük ziyan vuracaq çox pis qərardır. Hətta ABŞ qalib gəlsə belə, həmin qələbə həmişə şübhə ilə qarşılanacaq".

Qeyd edək ki, xarici KİV-in məlumatına görə, Donald Tramp Florian Baloqunun qırmızı vərəqəsinin yenidən nəzərdən keçirilməsi üçün FIFA prezidenti Canni İnfantino ilə əlaqə saxlayıb. Bundan sonra futbolçunun cəzasının qüvvədən salındığı iddia olunur. Bu qərar futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.