Portuqaliyalı futbolçu Tiaqo Dias karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliyanın "Cabine Desportiva" məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı vingerin "Lusitaniya" klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olsa da, futbolçu bu yay komandasını tərk etməyə hazırlaşır.

Məlumata görə, Tiaqo Diasla Kipr, Yunanıstan və Azərbaycandan bir neçə klub maraqlanır. Hələlik Azərbaycan təmsilçisinin adı açıqlanmayıb.

Qeyd edək ki, Tiaqo Dias futbol təhsilini Portuqaliyanın məşhur akademiyalarında alıb. O, gənc yaşlarında "Sportinq", "Benfika", həmçinin İtaliyanın "Milan" klubunun aşağı yaş qruplarında çıxış edib.