"Qəbələ"dən ayrılan Adriel Ba Luanın yeni ünvanı məlum olub. Sport24.az xəbər verir ki, 29 yaşlı vinger "Qvanqvu"ya keçib.

 

Bu barədə Cənubi Koreya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Ba Lua 2025-ci ilin yanvarından "Qəbələ"də çıxış edirdi. O, Premyer Liqada 30 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.